Bir neçə il əvvəl Bakıda ikinci avtovağzalın yaradılması təklifləri var idi. Ekspertlər hesab edirdilər ki, sərnişin daşınmasında yükün azaldılması üçün Bakı Beynəlxalq Avtovağzalı ilə yanaşı, başqa avtovağzalın inşa edilməsi labüddür.
Məsələ ilə bağlı sualımıza cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov hafta.az-a açıqlamasında dedi ki, ikinci beynəlxalq avtovağzalın Bakı şəhərində tikiliməsinə hələki ehtiyac yoxdur.
Ekspertin sözlərinə görə, biz mümkün olan resurları maksimum istifadə edə bilmirik: “Ən azından Beynəlxaql avtovağzalın ictimai nəqliyyat sektoru ilə sıx təmasda qurulması istiqamətində işlər aparılmalıdır. Misal üçün, beynəlxalq avtovağzalın yanında metrostansiyanın istifadəyə verilməsi, ictimai nəqliyyatlın həmin əraziyə inteqrasiya prosesini aktuallaşdırdı. Bu səpkidə də hələ işlər davam etdirilir. Avtovağzalın özündə də müəyyən təkmillləşdirmə işləri aparılır. Gecə reyslərin bərpası,” online” bilet satışının yaradılması bu sahədə üstünlükləri artırmış olur. Yeniliklərin tətbiqi prosesi sərnişinlərin işini rahatlatmış olur, əlçatanlığı artırır. Nə zaman müşahidə edilsə ki, Bakı Beynəlxalq Avtovağzal tələbləri tam yerinə yetirə bilmir, sərnişin daşımada öhdəlikləri yerinə yetirə bilmir o zaman ikinci avtovağzalın yaradılması məsələsi gündəmə gələr. Hələlik belə bir ehtiyac yoxdur. Bölgələrlə Bakı şəhəri arasında sərnişin daşımada tək avtovağzal yox, dəmiryolu da vardır. Hətta hava xətti də sərnişin daşımada dəstəkdir. Yaradılan bu şəraitdən hələki maksimum istifadə etmək lazımdır”.